"Qəbələ"dən ayrılan Seydina Keytanın yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, seneqallı müdafiəçi karyerasını Litvada davam etdirəcək.
Keyta "Panevejis"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı mərkəz müdafiəçisi yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Seydina Keyta 2025/26 mövsümünün ikinci yarısında "Qəbələ"nin formasını geyinib.
saytlarin hazirlanmasi
