Joşko Qvardiol Bernardo Silvanın "Real"a transferi barədə fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Madrid klubuna azad agent kimi qoşulub.
“Bunun nə qədər böyük itki olduğunu mövsümün əvvəlində yenidən bir araya gələndə görəcəyik. Bernardo öz yerinə qayıtdı. O, çox-çox uzun müddətdir İspaniyada oynamaq istədiyini deyirdi”. – deyə "Mançester Siti"nin müdafiəçisi "The Athletic" nəşrinə müsahibəsində bildirib.
saytlarin hazirlanmasi
