"Makkabi"nin baş məşqçisi "Xəzər Lənkəran"la keçiriləcək oyunu dəyərləndirdi

22:22 - 17 İyul 2013

"Bizə asan olmayacaq, lakin mən öz oyunçularıma güvənirəm"

 

“Sabah avrokuboklarda ilk addımımızı atacağıq. Ümid edirəm ki, bu turnirdəki yolumuz uzun olacaq. Təlim-məşq toplanışında çox çalışmışıq. Amma komanda hələ pik formaya çatmayıb. Biz öncə öz gücümüzü bilməliyik ki, bu mərhələni keçə bilək. Bizə asan olmayacaq, lakin mən öz oyunçularıma güvənirəm”.
 
Sportal.az xəbər verir ki, bu sözləri Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la ilk oyunu öncəsi İsrailin “Makkabi” (Hayfa) klubunun baş məşqçisi Arik Benado mətbuat konfransında deyib. Komandasının hazırlığından inamla danışan Benado fikrini belə izah edib:
 
“Azərbaycan klubunu öyrənmişik. Güclü və zəif tərəflərini bilirik. Rəqibimizin heyətində çoxlu legioner futbolçu var. Odu ki, hər şey ola bilər. Bu üzdən futbolçularım Avropa Liqasındakı çıxışımızın vacibliyini anlayırlar”. Biz aqressiv, hücum futbolu sərgiləyəcəyik. Meydanın hər nöqtəsi uğrunda mübarizə aparmalıyıq. “Xəzər Lənkəran”ın oyununa gəlincə, komandanın baş məşqçisi Con Toşakdı. O, böyük təcrübəyə malikdi və hansı oyunda necə oynamaq lazım olduğunu yaxşı bilir. Ola bilər ki, Toşakın Madrid “Real”ını çalışdırdığı zamandan çox vaxt keçib. Amma ona yenə də hörmət etmək lazımdı”. “Hər bir futbolçuma inanıram. Yeni oyunçular artıq komandaya uyğunlaşıblar. Futbolçularımız yaxşı forma yığıblar. Fikrimcə, yeni gələnlər komandamızı həqiqətən gücləndiriblər. Ümid edirəm ki, bunu “Xəzər Lənkəran”la oyunda sübut edə biləcəyik”.

Xəbər xətti