"Tromse"nin baş məşqçisi: "Mütləq qələbə qazanmalıyıq"

01:39 - 18 İyul 2013

"Rəqibin heyətində təcrübəli müdafiəçi Brüs Abdulaye..."

 

"İnter"in çox təcrübəli qapıçısı var. Üstəlik rəqibin heyətində təcrübəli müdafiəçi Brüs Abdulayeni də qeyd etməliyəm. Slavço Georgiyevskini də yaddan çıxarmaq olmaz. Makedoniyalı futbolçu yaxşı ötürmələri ilə diqqət çəkir".

 
Sportal.az xəbər verir ki, bu sözləri "Tromse" klubunun baş məşqçisi Aqnar Kristensen "İnter"lə oyun öncəsi keçirilən mətbuat konfransında deyib. Rəqibi yaxşı analiz etdiklərini deyən təcrübəli çalışdırıcı fikrini belə izah edib:
 
"Rəqibi yaxşı analiz etmişik. "İnter" səfərdə əsasən 4-2-3-1 taktiki sxemi ilə oynayır. Bu taktika ilə onlar topu daha çox özlərində saxlamağa çalışırlar. Bu axşamkı görüşdə onlara mərkəz xəttini keçməyə imkan verməməliyik. Yoxsa, bizə çətin olacaq. "Mariehamn"la oyunda bunun şahidi olduq. İstənilən halda səfərdə rahat oynamaq üçün bu axşam mütləq qələbə qazanmalıyıq".

Xəbər xətti