"Makkabi"nin kapitanı: "Xəzər Lənkəran"ı keçə bilməsək..."

02:11 - 18 İyul 2013

"Meydanda öz təcrübəmi və bacarığımı qoymağa çalışacağam"

 

"Xəzər Lənkəran"la oyun maraqlı və çox həyəcanlı olacaq. Avrokuboklarda hər mərhələ bizim üçün vacibdir".

 
Sportal.az xəbər verir ki, bu sözləri Avropa Liqası II təsnifat mərhələsi çərçivəsində "Xəzər Lənkəran"la qarşılaşacaq "Makkabi" (Hayfa) klubunun kapitanı Yaniv Katan deyib. Ölkəsinin mətbuatına açıqlama verən təcrübəli futbolçu bu gün keçiriləcək oyun barədə bu sözləri deyib:
 
"Uzun illər ilk mərhələni uğurla keçmişik. Ancaq bu dəfə "Xəzər Lənkəran"ı keçə bilməsək, bu, bizim üçün uğursuzluq olacaq. Meydanda öz təcrübəmi və bacarığımı qoymağa çalışacağam. Rəqibi qiymətləndirməliyik. Əks təqdirdə bu bizə baha başa gələr".

Xəbər xətti