Marçin Broş: "Qarabağ"ın bəzi futbolçularının texniki ustalığı bizi üstələdi"

23:29 - 18 İyul 2013

"Rəqib bu gün komanda futbolu oynadı"

 

Oyun planlaşdırdığımız kimi başladı. Amma oyunda "Qarabağ"ın bəzi futbolçularının texniki ustalığı bizi üstələdi. Amma oyundan razı qaldım. Real odur ki, məğlub olduq və hesabla razıyam. 

 
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"la oyundan sonra "Piast"ın baş məşqçisi Marçin Broş deyib. Qonaqpərvərliyə görə təmsilçimizə təşəkkür edən təcrübəli çalışdırıcı sözlərinə belə davam edib:
 
"Əvvəla "qarabağ" klubuna qonaqpərvərliyə öorə, minnətdaram. Her şey qaydasındadır. Bir həftə sonra onlar Polşaya qonaq gələcək və biz də onlara öz qonaqpərvərliyimizi göstərəcəyik. Dünən də mətbuat konfransında dedim ki, keçən ilki "qarabağ"ın nəticələri bizi narahat etmir. Biz 1 həftə ərzində onların zəif cəhətlərini analaiz edib,  oyuna hazır olacağıq. Biz bura gəlmədən öncə bilirdik ki, kimlər daha yaxşı futbolçudur. Amma bu gün "Qarabağ" komanda futbolu oynadı. Ümid edirik ki, öz meydanızmızda layiqli mübarizə aparacağıq".

Xəbər xətti