"Avropada Azərbaycan futbolundan və komandalarından xəbərsiz idilər"
"Hələ ki, yeni komandam haqqında ətraflı danışa bilmərəm. Kollektivə yenicə qoşulmuşam. Türkiyədə baş tutan təlim-məşq prosesinin son 1 həftəsində yer aldım. Onu deyə bilərəm ki, klub tərəfindən futbolçulara ayrılan diqqət və hazırlıq prosesinin təşkili yüksək səviyyədədir. Hamı işinə peşəkar yanaşır".
Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin heyətinə yeni qoşulan Daniel Subotiç deyib. Hazırda "Qəbələ" ilə birlikdə Avstriyanın Zalsburq bölgəsində təlim-məşq prosesində yer alan hücumçu Azərbaycan futbolunun son 10 ildə gözəçarpan dərəcədə inkişaf etdiyini və Avropada tanınmağa başladığını deyərək sözlərinə belə davam edib:
"Azərbaycan futbolu və klubları son 10 ildə xeyli inkişaf edib. Daha öncə Avropada Azərbaycan futbolundan və komandalarından xəbərsiz idilər. Amma son dövrlərdə futbola göstərilən diqqət və sözügedən idman növünə peşəkar yanaşma ölkədə futbolun inkişafını sürətləndirib. Xüsusən bu sözləri "Qəbələ" haqda demək mümkündür".
Subotiç komanda daxilindəki atmosferdən, məşq prosesindən və hədəflərindən də bəhs edib:
"Bütün komanda yoldaşlarımıa xoş münasibətim var. İlk gündən onlar məni səmimi və gülərüzlə qarşıladılar. Heyətə qatıldığım gündən bu yana keçən zaman kəsiyi yaddaşımda yalnız pozitiv xatirələrlə qalıb. Baş məşqçimiz Yuri Syomini Ukraynada oynadığım zamandan tanıyıram. Onun məşqçilik qabiliyyətinə və xarakterinə bələdəm. Təcrübəli mütəxəssisin bizdən nə tələb etdiyini də gözəl anlayıram. Məşqlərimiz maraqlı keçir. Çempionatın startına kimi həm fiziki, həm də texniki baxımdan hazır olacağıq. Komandanın hədəflərindən də xəbərdaram. "Qəbələ"ni seçməyimdə məhz kollektivin qarşısına qoyduğu hədəflər rol oynadı. Bu haqda mənə ətraflı məlumat verdilər. Düşünürəm ki, biz bunun öhdəsindən gələcəyik. Hədəfimizə çatmaq üçün ilk öncə möhkəm komanda olmağı bacarmalıyıq. Əgər 11 futbolçu bir ola bilsə, yekun istədiyimiz kimi olacaq".
saytlarin hazirlanmasi