Corc Leroy: "Rəqib yalnız bir hücum etdi, o hücum da qol oldu"
"İlk olaraq bizim üçün çox çətin oyun oldu. Gözləmədiyimiz vaxtda qol buraxdıq".
Sportal.az xəbər verir ki, bu sözləri dünən baş tutan "Qarabağ" - "Pyast" oyunundan sonra Ağdam təmsilçisinin hücumçusu Corc Leroy söyləyib. O, növbəti mərhələyə "Qarabağ"ın çıxacağını düşündüyünü deyib:
"Rəqib yalnız bir hücum etdi, o hücum da qol oldu. Komandamız bu qoldan sonra çox əzmkar oyun göstərdi. Bunun nəticəsində 2-1 hesabı ilə qalib gəldik. Biz Polşada rəqib qapısına yol tapmaq üçün çalışacağıq. Mən fikirləşirəm ki, növbəti mərhələyə “Qarabağ” daha yaxındır. Ancaq hər şey 1 həftə sonra bilinəcək".
saytlarin hazirlanmasi