"Liverpul"a gəldiyim üçün çox xoşbəxtəm"
İngiltərə Premyer Liqasında uğurla çıxış edən “Liverpul” heyətini fransız futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytı PSJ-nin müdafiəçisi Mamadu Sakonun keçidini elan edib. Futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. İngilis mətbuatında çıxan xəbərlərə görə, oyunçunun transfer məbləği “Liverpul”a 19 milyon avroya başa gəlib.
23 yaşlı oyunçu yeni komandası haqqında bunları deyib:
“Liverpul”a gəldiyim üçün çox xoşbəxtəm. İngiltərə çempionatında çıxış etmək mənim üçün maraqlıdı. Səbirsizliklə ilk oyunumu gözləyirəm”.
Qeyd edək ki, Sako PSJ-də ötən mövsüm 27 oyunda meydana çıxıb və iki qol vurub. Fransa millisində isə 14 matçda forma geyinib.
saytlarin hazirlanmasi