David Moyes keçmiş tələbəsinə qovuşdu
“Mançester Yunayted” növbəti transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, “qırmızı şeytanlar” “Everton”un futbolçusu Maruan Fellainini heyətinə qatıb.
Belə ki, belçikalı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, “Mançester Yunayted”in bu transfer üçün “Everton”a 32.5 milyon avro ödəyəcək.
Qeyd edək ki, 2008-ci ildən “Everton”un şərəfini qoruyan 25 yaşlı yarımmüdafiəçi 261 oyunda 44 qol vurub.
saytlarin hazirlanmasi