Cerrard Moldova ilə oyundan danışdı
İngiltərə yığmasının üzvü Stiven Cerrard yerli mətbuata açıqlamasında iddialı danışıb.
Sportal.az xəbər verir ki, o, İngiltərə millisini zəif komanda sayanlara səslənib:
“Mən heç vaxt öncədən iddialı danışmamışam. Amma kimsə bizi güclü hesab etmirsə, yanılır. İngiltərə yığmasını zəif sayanlara səslənirən: siz səhv düşünürsünüz. İndiki vəziyyətdə məqsədimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Bunu bacardıqdan sonra turnirdə necə çıxış edəcəyimizlə bağlı fikirləşə bilərik”.
Qeyd edək ki, İngiltərə milllisi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün Moldova yığması ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi