"Tottenhem"li futbolçunun qardaşı oğurlandı

15:41 - 14 Sentyabr 2013

18 yaşlı gənc girov saxlanıldı
 
“Tottenhem”in argentinalı yarımmüdafiəçisi Erik Lamelanın kiçik qardaşı oğurlanıb.
 
Sportal.az xəbər verir ki, hadisə Buenos-Ayres şəhərində baş verib. Bu barədə ölkə mətbuatı məlumat yayıb. 18 yaşlı Aksel Lamela təxminən iki saat girov saxlanılıb. Cinayətkarlar 650 avro girov pulu aldıqdan sonra gənci buraxıblar. 
 
Yerli polisin sözlərinə görə, cinayətkarların kimi oğurladığından xəbərləri olmayıb. Bu səbəbdən belə kiçik məbləğ tələb ediblər. Sədəcə onların diqqətini 18 yaşlı gəncin əyləşdiyi BMW markalı avtomobil cəlb edib. Hazırda polis həmin cinayətkarları axtarır. 
 
Qeyd edək ki, Erik Lamela "Roma"dan "Tottenhem"ə keçib. 

Xəbər xətti