Balotelli hakimi ölümlə hədələdi
İtaliya yığmasının və "Milan "klubunun forvardı Mario Balotelli hakimi ölümlə hədələyib.
Sportal.az xəbər verir ki, "Milan" "Napoli"(1:2) matçında 23 yaşlı forvard Mario Balotelli baş hakim Luka Banitiyə deyib:
"Mən səni öldürəcəm, sən hər şeyə cavab verəcəksən". "Super Mario"nun sözləri protokola yazılıb.
Xatırladaq ki, İtaliya çempionatının İntizam Komitəsi Balotelliyə 3 oyunluq cəza vermişdi.
saytlarin hazirlanmasi