Məsut Özil Mourinyoya rəqib oldu

14:22 - 26 Sentyabr 2013

"Real"ın sabiq oyunçusu və məşqçisi yenidən bir arada

 

Türk əsilli alman futbolçu Məsut Özilin çıxış etdiyi "Arsenal" İngiltərə Liqa kubokunun III turunda "Vest Bromviç"i məğlub edərək növbəti mərhələyə adlayıb.

 

Sportal.az xəbər verir ki, görüşün əsas vaxtı 1:1 bitdiyindən penaltilər seriyasında (3:4) qələbə qazanan London klubu Mourinyonun başçılıq etdiyi "Çelsi"yə rəqib olub. Yəni Özil sabiq məşqçisi Mourinyo ilə yenə bir araya gələcək, amma bu dəfə rəqib kimi. Burda diqqət çəkən məqamlardan biri də növbəti mərhələdə mübarizə aparacaq komandaların çoxu məhz Premyer Liqa klublarıdı. "Arsenal" - "Çelsi" oyunundan əlavə növbəti mərhələdə bu cütlüklər üz-üzə gələcək:

 

"Sanderlend" - "Sauthempton"

"Lester" - "Fulhem"

"Birmingem" - "Stok Siti"

"Mançester Yunayted" - "Norviç"

"Bernli" - "Vest Hem"

"Arsenal" - "Çelsi"

"Tottenhem" - Hall Siti"

"Nyukasl" - "Mançester Siti" 

Xəbər xətti