Torres rəqib futbolçuya bilərəkdən xəsarət yetirib
İngiltərə Futbol Federasiyası (İFF) "Çelsi" klubunun hücumçusu Fernando Torresi cəzalandıra bilər.
Sportal.az xəbər verir ki, buna futbolçunun Premyer Liqanın son turunda "Tottenhem"lə görüşdə rəqib müdafiəçi Yan Vertongenə bilərəkdən xəsarət yetirməsi səbəb olub.
Matçın 81-ci dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan qovulan ispaniyalı futbolçunun bu cəhdi sübuta yetirilərsə, Torres 4 oyunluq cəzalandırılacaq. Belədə 29 yaşlı futbolçu növbəti 4 turda "Norviç", "Kardiff", "Mançester Siti" və "Arsenal"la oyunları buraxmalı olacaq.
Qeyd edək ki, "Çelsi" - "Tottenhem" oyunu 1:1 hesabı ilə başa çatmışdı.
saytlarin hazirlanmasi