"Milan"a transferindən əvvəl 10 nömrəli formanı sifariş etdi

00:52 - 4 Oktyabr 2013

Honda yanvarda "Milan"a keçəcək
 
Yanvarda Moskva MOİK-ni “Milan”a dəyişəcək Keysuke Hondanın yeni klubunda hansı nömrə altında oynayacağı indidən məlumdur.
 
Sportal.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi 10 nömrəli formanı geyinəcək. Qeyd edək ki, “Milan”da bu nömrə xüsusi sayıldığından, hamıya verilmir. Bu, “rossonyerlər”in Hondaya verdiyi dəyərin göstəricisidir. Xatırladaq ki, bu vaxta kimi Rud Qullit, Zvonimir Boban, Rui Koşta və Klarens Zedorf kimi ulduz futbolçular bu nömrəni daşıyıblar. 10 nömrəli formanı son geyinən isə “Şalke”yə transfer olunan Kevin-Prins Boatenq olub. 

Xəbər xətti