"Özili alaraq rəqiblərimizə gözəl bir ismarış göndərdik"

01:49 - 4 Oktyabr 2013

Arteta:"Özil əla oyunçudur"
 
"Arsenal"ın futbolçusu Mikel Arteta komandanın yeni transferi Məsut Özillə bağlı şərh verib: 
 
Sportal.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçinin sözlərinə görə, Almaniya millisinin üzvünü almaqla İngiltərə çempionatında kubok uğurunda yarışdıqları rəqiblərinə böyük zərbə vurublar:
 
"Hər kəs bizim forvard transfer edəcəyimizi düşünürdü. Ancaq Özili alaraq rəqiblərimizə gözəl bir ismarış göndərdik. Onun gəlişindən sonra insanların bizi daha həyəcanla izlədiyini hiss edə bilirəm. Məsut əla futbolçudur, qol ötürmələri inanılmazdır".

Xəbər xətti