Stefano Maurinin cəza müddəti artırılıb
Danışılmış oyunlarla əlaqədar 6 ay futboldan uzaqlaşdırılan "Latsio"nun kapitanı Stefano Maurinin cəza müddəti artırılıb.
Sportal.az xəbər verir ki, futbolçunun cəzası 3 ayda artırılıb.
"Eurosport"un verdiyi xəbərə görə, komandasının 2011-ci ildə "Cenoa" və "Leççe" ilə keçirdiyi görüşlərdə ("Latsio" bu matçların hər ikisində 4:2 hesablı qələbə qazanmışdı) oyun alqı-satqısının iştirakçısı olan təcrübəli futbolçu bir müddət öncə yaşıl meydanlardan kənarlaşdırılmışdı. Bundan sonra məhkəməyə müraciət edən Maurinin işi yenidən araşdırılıb və onun 6 aylıq cəzası 9 aya qaldırılıb. Futbolçunun Beynəlxalq İdman Məhkəməsinə müraciət edəcəyi bildirilir.
Qeyd edək ki, Mauri əvvəllər İtaliya millisinin də şərəfini qoruyub.
saytlarin hazirlanmasi