Akinfeyev komandasından ayrıla bilər
Moskva MOİK-nin və Rusiya yığmasının qapıçısı İqor Akinfeyev karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 27 yaşlı qolkiperlə “Milan” yaxından maraqlanır. Qeyd edək ki, Akinfeyevin “hərbçilər”lə müqaviləsi bu mövsümün sonuna kimi nəzərdə tutulub. Bu isə o deməkdir ki, rusiyalı futbolçu yanvardan etibarən başqa klubla danışığa başlaya bilər. Akinfeyevin “Milan”a keçmək ehtimalı İtaliya mətbuatında da yüksək qiymətləndirilir. Onu da bildirək ki, MOİK-in digər futbolçusu Keysuke Honda da karyerasını “qırmızı-qaralar”da davam etdirəcək.
saytlarin hazirlanmasi