İngiltərə Premyer Liqası: "Arsenal" büdrədi, "Tottenhem" darmadağın oldu VİDEO

01:25 - 7 Oktyabr 2013

"Çelsi" son dəqiqələrdə güldü
 
 İngiltərə Premyer Liqasında VII tura yekun vurulub.
 
Sportal.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma baş tutub.
 
"Çelsi" səfərdə "Norviçi" məğlub edib - 3:1

"Sauzhempton" öz meydanında "Suonsi"ni qəbul edib və 2:0 hesablı qələbə qazanıb.

"Tottenhem" doğma meydanda "Vest Hem"lə bacarmayıb və rəqibinə böyük hesabla məğlub olub - 0:3.

"Arsenal" isə səfərdə "Vest Bromviç"lə 1:1 hesablı bərabərə qalıb. Qazanılan bir xal London təmsilçisini yenidən turnir cədvəlinin  lideri edib.


 

6 oktyabr
 
"Norviç" - "Çelsi" - 1:3
Qollar:
  Pilkinqton, 68 - Oskar, 4,Hazard, 85, Vilian, 86
 
"Sauzhempton" - "Suonsi" - 2:0
Qollar:
 Lallana, 19 , Rodrigez, 83 
 
"Tottenhem" - "Vest Hem" - 0:3
Qollar:
 Reid, 66 , Rikardo, 72, Morisson, 79

 "Vest Bromviç" - "Arsenal" - 1:1
Qollar:
 Yakob, 42 -  Vilşere, 63 

Xəbər xətti