Baş məşqçinin maaşı da artırılacaq
“Arsenal”ın baş məşqçisi Arsen Venger klubla yeni müqavilə bağlamağa hazırlaşır.
Sportal.az xəbər verir ki, yeni müqavilənin müddəti 2 illik nəzərdə tutulub. Yəni fransalı mütəxəssis ən azı 2016-cı ilə qədər klubun sükanı arxasında olacaq. Rəhbərlik Vengerin maaşını da artırıb. Gələn mövsümdə onun illik məvacibi 7,5 milyon funt-sterlinq olacaq.
saytlarin hazirlanmasi