"Daha 4 il burada qalacağam"
“Mançester Yunayted” “Real”ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçi heyətinə qatmaqda israrlıdır.
Sportal.az xəbər verir ki, “Mankunianlar” 28 yaşlı futbolçudan əl çəkmirlər. Ancaq Modriç İngiltərəyə qayıtmağın əleyhinədir. Modriç “Real”dan ayrılmaq istəmədiyini bildirib. O, müqaviləsinin sonuna qədər Madrid klubunda qalacağını deyib: “Mənim “Real”la sözləşməm var. Odur ki, daha 4 il burada qalacağam. “Real” kimi klubda oynamaqdan məmnunam. Bundan əlavə, Madriddə yaşamaq həm mənim, həm də ailəmin xoşuna gəlir”.
saytlarin hazirlanmasi