"Arsenal" bu il çempion olmalıdır"

01:03 - 14 Oktyabr 2013

Pires sabiq komandasının durumunu dəyərləndirdi
 
İngilis Daily Star qəzetində yer alan xəbərə görə Pires, Real Madriddən transfer edilən Özilin çox  peşəkar olduğunu və alman millisinin də üzvü olan futbolçunun komandaya çox kömək olacağını deyib.
 
Sportal.az xəbər verir ki, Pires, Arsenalın bu mövsüm Mesut Özil ilə birgə çempionluğa yaxın olacağını ifadə edərək, "Arsenal"da gənc oyunçular artıq təcrübə qazandı. Texniki direktor Arsen Venger üçün yaxşı bir qarışıq meydana gəlmiş vəziyyətdədir. Mesut Özilin də içində olduğu bu heyətin çempion olması çətin deyil. Özil çox yaxşı bir futbolçudur." Real"da oynadı. İndi də "Arsenal"da gözəl oyun göstərir. "Arsenal"a böyük bir çıxış yaşada bilər" ifadələrini istifadə etdi.
 
Pires həmçinin "Arsenal"ın Çempionlar liqasına da yaxşı başladığını amma çempion olmaq şansının az olduğunu və azerkeşlərin əsasən 9 ildir həsrətdə olduqları İngiltərə Premier liqa kubokuna fokuslanmalarını bildirib

Xəbər xətti