"Şeytanlar" gözünü "Barselona"ya dikib

15:53 - 14 Oktyabr 2013

Yaxın günlərdə rəsmi təklif göndəriləcək
 
"Barselona”nın yarımmüdafiəçisi Aleksis Sançes “Mançester Yunayted”ə keçə bilər.
 
Sportal.az xəbər verir ki, Kataloniya klubunda tez-tez ehtiyatda oturan çilili forvard “qırmızı şeytanlar”ın maraq dairəsindədir. Luis Valensiya, Luiş Nani və Eşli Yanqın çıxışından məmnun qalmayan baş məşqçi Devid Moyes yarımmüdafiənin cinahı üçün məhz Sançesi düşünür. İngilislər bu günlərdə qarşı tərəfə müraciət etməyə hazırlaşır.
 
Qeyd edək ki, Aleksis Sançes bu mövsüm La Liqada 6 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə verib.

Xəbər xətti