"Həyatımı "Liverpul"a həsr etdim"

23:38 - 14 Oktyabr 2013

Cerrard:"Əsas hədəfimiz mövsümü ilk “4-lük”də bitirməkdir”

 

“Liverpul”un kapitanı Stiven Cerrard ingilis mətbuatına açıqlama verib.

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “mersisaydlılar”ın cari mövsümdəki hədəfini açıqlayıb: “Həyatımı “Liverpul”a həsr etdim. Həm klub rəhbərliyi, həm futbolçular, həm də azarkeşlərlə yaxşı münasibətim var. Bu mövsümə yaxşı başlamışıq. “Çempionluq üçün oynamayacağıq” demirəm. Ancaq reallığa qalsa, əsas hədəfimiz mövsümü ilk “4-lük”də bitirməkdir”. 

Xəbər xətti