"İnter" satıldı

17:20 - 16 Oktyabr 2013

Klub prezidenti də bu xəbəri təsdiqlədi
 
İtaliya "İnter"inin yeni sahibi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, "İnter"in prezidenti Massimo Moratti klubun indoneziyalı Erik Tohirə satıldığını rəsmi şəkildə açıqladı.
"Artıq imzalar atılıb, saatlarda rəsmi press-reliz buraxılacaq. Klubun prezidenti vəzifəsində qalıb-qalmayacağıma hələ qərar verməmişəm. Ancaq hər şey məndən asılıdır. 
Klubu sevirəm, lakin buna baxmayaraq onuhörmətli insanların əlinə verdiyim üçün rahatam", -deyə Moratti bildirib

Xəbər xətti