Gianluigi Buffon: "Atam "Yuventus"u seçməyimi tövsiyə etdi"
"2001-ci ildə "Barselona" mənə təklif göndərdi və atamla oturub bunu dəyərləndirdik. Digər tərəfdən də mənə "Yuventus" elçi düşmüşdü. Yaxşı ki, "Barselona"nı seçmədim".
Sportal.az xəbər verir ki, bu sözləri İtaliya millisinin və "Yuventus"un qapıçısı Gianluigi Buffon deyib. Boffon "Yuventus"u seçməyində atasının böyük payı olduğunu vurğulayıb:
"Atam mənə "Yuventus"u seçməyimi tövsiyə etdi. Mən də razılaşdım. "Yuventus"da çox xoşbəxtəm və yeni sözləşməyə də imza atacam. Karyeramı burada bitirmək istəyirəm".
saytlarin hazirlanmasi