Yanuzay hansı millidə çıxış edəcək?
“Mançester Yunayted”in gənc futbolçusu Adnan Yanuzayın hansı yığmanın formasını geyinəcəyi maraqla gözlənilir.
Sportal.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçiyə İngiltərə, Belçika, Türkiyə, Serbiya, Albaniya və Kosova yığmaları “elçi düşüblər”. Yanuzay məsələ ilə bağlı öz münasibətini bildirib və oynamaq istədiyi yığmasının adını çəkib: “İngiltərə millisində oynamaq istərdim. Özümü buna hazır hesab edirəm. Dəvət gəlsə, İngiltərə yığmasında oynamağa razılaşaram”.
Qeyd edək ki, Yanuzay seçimini açıqlasa da, onun İngiltərə millisində oynamaq şansı çox azdır. Belə ki, bunun üçün gənc futbolçuya İngiltərə vətəndaşlığı verilməlidir. Qanuna əsasən isə İngiltərə vətəndaşlığı azı 5 il bu ölkənin ərazisində yaşayan şəxslərə verilə bilər. Bu mənada, Yanuzayın Belçika millisində oynamaq şansı daha çoxdur.
saytlarin hazirlanmasi