"MU" gənc futbolçusu ilə müqaviləni uzatdı FOTO

22:58 - 19 Oktyabr 2013

Yanuzay daha beş il "qırmızı şeytanlar"da
 
"Mançester Yunayted"in gənc yarımmüdafiəçisi Adnan Yanuzay klubu ilə yeni mqüavilə bağlayıb.
 
Sportal.az xəbər verir ki, 18 yaşlı futbolçunun yeni anlaşması 5 il müddətinə olub. Yanuzayın maaşı ilə bağlı açıqlama verilməyib.
 
Xatırladaq ki, Adnan Yanuzayın bunaqədərki anlaşması gələn ilin sonuna qədər idi. Cari mövsüm o, Premyer Liqada 3 oyun keçirib, 2 qola imza atıb.

Xəbər xətti