Robinyo gələcək karyerası haqqında danışdı

02:22 - 27 Oktyabr 2013

"Daha 10 il "Milan"da qalmaq istəyirəm"
 
"Milan" klubunun hücumçusu Robinyo gələcək karyerası haqda danışıb.
 
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu daha 10 il "Milan"da qamaq istədiyini bildirib:
 
"Mən xoşbəxtəm, çünki komandamda işlərim yolunda gedir. Üstəlik mənə qardaş olan Kaka yenidən aramızdadır. Ölkəmdə keçiriləcək dünya çempionatı öncəsi mövsümü nikbin notlarla başa vurmaq istəyirəm. "Santos" məni geri qaytarmaq istəyir? Mən "Milan"la müqavilə yeniləmişəm və bununla fəxr edirəm. Daha 10 il "Milan"da qalmaq istəyirəm".
 
Qeyd edək ki, 2010-cu ildən "Milan"ın şərəfini qoruyan Robinyo keçirdiyi 93 oyunda 24 dəfə rəqib qapılarına yol tapıb.  

Xəbər xətti