"Baş məşqçi bunu düşünürsə, o zaman klubumu dəyişməliyəm"

14:45 - 29 Oktyabr 2013

"Liverpul" futboçusu ilə yollarını ayıra bilər
 
“Liverpul”un mərkəz müdafiəçisi Daniel Agger komandadan ayrılmağa hazırlaşır.
 
Sportal.az xəbər verir ki, danimarkalı futbolçu bunu özü deyib: “Əgər heyətə düşə bilmirəmsə və baş məşqçi buna hazır olmadığımı düşünürsə, o zaman klubumu dəyişməliyəm. Mən bura ancaq futbol oynamaq üçün gəlmişəm. Əgər vəziyyət bu cür davam etsə, yəni heyətə düşə bilməsəm, qış fasiləsində gələn təklifləri nəzərdən keçirməli olacağam”. 

Xəbər xətti