"Arsenal"ın futbolçusu nə qədər meydanlardan uzaq qalacaq?
“Arsenal”ın fransız futbolçusu Matyu Flamininin vəziyyətinə aydınlıq gəlib.
Sportal.az xəbə verir ki, 29 yaşlı yarımmüdafiəçi oktyabrın 26-da “Kristal Pelas”la keçirilən çempionat oyununda zədə almışdı. Tibbi müayinədən sonra həkimlər Flamini ilə bağlı konkret diaqnoz qoyublar. Sözügedən futbolçunun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub. Bu məlumatı “Arsenal”ın baş məşqçisi Arsen Venger də təsdiqləyib.
saytlarin hazirlanmasi