Şahin Diniyevin sabiq komandasına Yuran başçılıq edə bilər
Yuri Krasnojanla yollarını ayıran "Terek" yeni baş məşqçi axtarışındadı.
Qroznı klubundan verilən açıqlamada komandanın yeni çalışdırıcısının yerli mütəxəssis olacağı bildirilib.
Sportal.az xəbər verir ki, namizədlər arasında isə xeyli sayda mütəxəssisin adı var. O cümlədən də "Simurq"un sabiq baş məşqçisi Sergey Yuranın. Yuran özü də Rusiya mətbuatına verdiyi açıqlamada "Terek"i çalışdırmaq istədiyini bəyan edib. O, "Sport-Ekspress"ə bunları deyib: "Çeçenistan komandası ilə uğur qazanmaq olar. Mən buna hazıram. Müqaviləm alınsa, futbolçular nəinki pullarını alacaq, həm də əlavə qazanc əldə edəcək. Həmçinin “Terek”də braziliyalılar var, mən portuqal dilini bilirəm. Ona görə də onlarla tərcüməçisiz danışacam. İndiyə qədər çox yerdə işləmişəm. Kifayət qədər təcrübəm var".
saytlarin hazirlanmasi