Stadionda Dağıstanın bayrağını yandırdılar VİDEO

11:01 - 31 Oktyabr 2013

"Kuban" - "Anji" matçında azarkeşlər qafqazlılara sərt davrandı

 

Rusiyada millətçilər Dağıstanın bayrağını yandırıb. Krasnodarın “Kuban” və Mahaçqalanın “Anji” klubları arasında keçirilən futbol matçında ev sahibi komandanın azarkeşləri stadionda qafqazlılara qarşı sərt davranıb.

 

Sportal.az xəbər verir ki,  “Anji” Dağıstanın bayrağını yandıranların cəzalandırılması ilə bağlı aidiyyatı qurumlara müraciət ünvanlayıb. Mahaçqala klubunun rəhbərliyi ümid edir ki, “Kuban” klubu və Rusiya Peşəkar Futbol Liqası həmin azarkeşlərin tapılıb cəzalandırılmasında yardım edəcəklər. 

 
Dağıstan administarsiyasından olaya münasibət bildirilib. Muxtar respublikanın baş nazirin müavini Hacı Maxaçev verdiyi açıqlamada bildirib ki, günahkarlar törətdikləri hərəkətə görə, cavab verməlidirlər. 
 
Xatırladaq ki, analoji insident sentyabrın 14-də Sankt-Peterburqda baş verib. Yerli “Zenit” və Qroznının “Terek” komandaları arasında oyun zamanı “Zenit”in fanat sektorunda Çeçenistanın bayrağı yandırılıb.
 

Xəbər xətti