"Arsenal"dan maraqlı şərt:25 oyun oyna, müqaviləni uzadaq

14:55 - 14 Noyabr 2013

11-i gedib, 14-ü qalıb
 
“Arsenal” rəhbərliyi çexiyalı yarımmüdafiəçisi Tomaş Rositskinin qarşısına maraqlı şərt qoyub.
 
Sportal.az xəbər verir  ki, uzunmüddətli zədədən dönən və yavaş-yavaş əvvəlki formasını bərpa edən oyunçuya yeni müqavilə təklif edilib. Amma bu da bir şərtlə. Şərt isə ondan ibarətdir ki, Rositski bu mövsüm ən azı 25 oyunda iştirak etsə, onun yaya qədər olan müqaviləsi daha bir il uzadılacaq. 33 yaşlı futbolçunun aktivində isə hazırda 11 oyun var.
 
Qeyd edək ki, Rositski “Arsenal”a 2006-cı ildə Dortmund “Borussiya”sından keçib. O, “topçular”ın heyətində indiyə qədər 326 oyun keçirib, 44 qola imza atıb.

Xəbər xətti