"Daha da irəli getmək üçün yaxşı oyunçular alacağıq"
Yay fasiləsində ulduz transferləri ilə diqqət çəkən və bunun nəticəsidir ki, cari mövsümdə həm İtaliya A seriyasında, həm də Çempionlar Liqasında uğurlu çıxış edən “Napoli” bu prosesi davam etdirəcək.
Sportal.az xəbər verir ki, neapollular qış fasiləsində də heyəti gücləndirməyi planlaşdırır. Bunu klubun prezidenti Aurelio de Laurentis mətbuata açıqlamasında bildirib: “Heyətin gücləndirilməsi üçün yanvarda transferlər üçün daha 50 milyon avro ayıracağıq. Başa düşürük ki, uğur qazanmaq üçün mütləq fədakarlıq etməli, ciddi vəsait ayırmalısan. Xüsusən də, Çempionlar Liqasındakı çıxışımız məni sevindirir. Daha da irəli getmək üçün yaxşı oyunçular alacağıq”.
saytlarin hazirlanmasi