Totti qayıdır,amma daha bir həftə gözləməlidir

23:48 - 18 Noyabr 2013

"Roma"ya şad xəbər
 
Mövsümə fəal başlayan “Roma”nın veteran hücumçusu Françesko Totti zədəsini sağaltmaq üzrədir.
 
Sportal.az xəbər verir ki, bir müddət əvvəl xəsarət alan Tottinin bərpa prosesi sürətlə gedir. Artıq sabahdan kapitanın fərdi məşqlərə başlaması gözlənilir. Kollektivlə birgə məşqə isə bir həftə sonra qoşula biləcək.
 
Bu arada, İtaliya millisinin baş məşqçisi Çesare Prandelli Tottinin yığmaya qayıtmasının gündəmdə olmadığını açıqlayıb.

Xəbər xətti