"Bazel"in futbolçusu İngiltərə yolçusu
“Bazel”in heyətində parlayan Məhəmməd Salah karyerasını İngiltərədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 21 yaşlı misirli yarımmüdafiəçi ilə “Tottenhem” yaxından maraqlanır. London klubunun idman direktoru Franko Baldini Salahın oyununu izləmək üçün “Bazel” – “Çelsi” oyununu tribunadan seyr edib. Məlumata görə, “Tottenhem” sözügedən futbolçunu elə qış transferi dövründəcə heyətinə qatmaq niyyətindədir. Salahın özü də karyerasını daha iddialı klubda davam etdirməyi planlaşdırır.
saytlarin hazirlanmasi