"Trabzonspor" növbəti mərhələyə yüksəldi
	 
	Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazanan daha 9 klubun adı müəyyənləşib.
	 
	Sportal.az xəbər verir ki, qrup oyunlarının bitməsinə bir tur qalmış "Trabzonspor" (Türkiyə), "Genk" (Belçika), "Ayntraxt" (Almaniya), "Anji" (Rusiya), "Latsio" (İtaliya), "Lion" (Fransa), "Betis" (İspaniya), PAOK (Yunanıstan), "Alkmaar" (Hollandiya) "pley-off"-da oynamağı özləri üçün  təmin edib.
	 
	Qeyd edək ki, bundan əvvəl "Valensiya" (İspaniya), "Rubin" (Rusiya), "Ludoqorets" (Bolqarıstan), "Zalsburq" (Avstriya), "Esbyerq" (Danimarka), "Fiorentina" (İtaliya), "Dnepr" (Ukrayna) və "Tottenhem"(İngilətərə) növbəti mərhələyə adını yazdırmışdı.
                      
saytlarin hazirlanmasi