"Milan"ın əfsanəvi futbolçusu klubun baş məşqçisi olur

10:54 - 30 Noyabr 2013

Paolo Maldini klubla razılığa gəldi
 
"Milan"da 25 il forma geyinmiş əfsanəvi Paolo Maldini doğma komandasına baş məşqçi kimi dönür. Bu barədə İtaliya mətbuatı xəbər yayıb.
 
Sportal.az xəbər verir ki, Seriya A təmsilçisinin ölkə çempionatındakı uğursuz çıxışı hazırki çalışdırıcı Massimiliano Alleqrinin kreslosunu laxladıb.  
 
Məlumatda həmçinin qeyd olunur ki, "Milan"ın Maldini ilə razılığa gəlməsi məsələsi yaxın günlərdə rəsmən açıqlanacaq. Xəbəri klubun idarə heyətində yer alan Silvio Berluskoninin qızı Barbaranın da təsdiqlədiyi bildirilir.
 
"Milan"da hazırki vəziyyət heç də ürəkaçan deyil. Klubun vitse-prezidenti Adriano Qalliani yaxın vaxtlarda istefa verəcəyini rəsmən açıqlayıb.

Xəbər xətti