Premyer Liqada daha bir baş məşqçi istefası

11:07 - 2 Dekabr 2013

Martin Sol istefaya göndərilib
 
İngiltərənin "Fulhem" klubunun baş məşqçisi Martin Sol istefaya göndərilib.
 
Sportal.az xəbər verir ki, bu barədə klubun prezidenti Xan Martin məlumat verib. Səbəb isə komandanın bu mövsüm uğursuz çıxış etməsi olub.
 
Klub prezidenti artıq yeni baş məşqçinin adını açıqlayıb. Bu, bir vaxtlar "Mançester Yunayted"də Aleks Ferqyussonun köməkçisi olmuş Rene Meulensteendir.

Xəbər xətti