İngiltərədə növbəti baş məşqçi qovuldu

00:27 - 3 Dekabr 2013

"Fulhem"dən sonra "Uiqan" da baş məşqçisiz qaldı
 
İngiltərənin” Uiqan” klubu Ouen Koylla yollarını ayırıb. Bazar günü komandanın “Derbi”yə 1-3 hesabı ilə uduzmasından sonra bu qərar verilib.
 
Sportal.az xəbər verir ki, bu artıq komandanın 3-cü ev oyununda məğlubiyyət olub. Komanda 14-cü yerdədir.”Uiqan” hal-hazırda Ruslan Abışovun forma geyindiyi Rubin ilə Avropa Liqasında eyni qrupda mübarizə aparır.
Qeyd edək ki, İngiltərənin "Fulhem" klubunun baş məşqçisi Martin Sol da bu gün istefaya göndərilib.

Xəbər xətti