"Bizə qarşı oynamasın yetər"
	 
	İngiltərə çempionatının 19-cu turunda "Çelsi" "Liverpul"u qəbul edəcək.
	 
	Sportal.az xəbər verir ki, qarşılaşmadan əvvəl Joze Mourinyo zarafatyana tərzdə Luis Suaresin onlara qarşı oynamayacağına ümid etdiyini dilə gətirib: 
	 
	"Bəlkə Suares "Mançester Siti" ilə oyunda zədə alıb? Mən çox böyük zədə istəmirəm. Ancaq kiçik bir zədə. Bizə qarşı oynamasın yetər".
	 
	Qeyd edək ki, "Çelsi"-"Liverpul" oyunu bazar günü saat 20:00 keçiriləcək.
                      
saytlarin hazirlanmasi