Rusiyanın ən yaxşı futbolçusu vəfat etdi

16:22 - 29 Dekabr 2013

İlya Sımbalar bu gün dünyasını dəyişib
 
Bu gün səhər saatlarında "Spartak" klubunun və Rusiya millisinin keçmiş yarımmüdafiəçisi İlya Sımbalar dünyasını dəyişib.
 
Sportal.az xəbər verir ki, 45 yaşlı futbolçunun ölümünə ürək çatışmazlığı səbəb olub. Xatırladaq ki, İlya "Spartak"la 6 dəfə ölkə çempionu olub. 4 dəfə Rusiya Kubokuna yiyələnib. Rusiya millisinin heyətində 28 oyun keçirib və Rusiyanın ən yaxşı oyunçusu seçilib.

Xəbər xətti