"Arsenal" Özildən məhrum oldu

01:55 - 30 Dekabr 2013

"Onun "Nyukasl"la görüşdə iştirak etməsini çox istəyirdim"
 
“Arsenal” aparıcı futbolçusu Məsut Özilin xidmətindən məhrum olub.
 
Sportal.az xəbər verir ki, bununla bağlı bu gün keçirilən “Nyukasl” – “Arsenal” (0:1) görüşü ərəfəsində “topçular”ın baş məşqçisi Arsen Venger məlumat verib.
 
O, jurnalistlərə açıqlamasında bunları deyib: "Onun "Nyukasl"la görüşdə iştirak etməsini çox istəyirdim. Ancaq çiynində zədə var. Məsut iki və ya üç matç yaşıl meydanlardan kənarda qalacaq".

Xəbər xətti