İtaliyada daha bir klub başsız qaldı

00:05 - 17 Yanvar 2014

"Kataniya"nı çalışdıran Di Kanio istefa verdi
 
İtaliya A Seriyasında növbəti baş məşqçi istefası reallaşıb.
 
Sportal.az xəbər verir ki, "Kataniya"nın çalışdırıcısı Luici Di Kanio istefaya göndərilib.
 
Komandanın göstərdiyi uğursuz çıxışlarının məntiqi nəticəsi kimi turnir cədvəlinin son pilləsində qərarlaşması və son olaraq kubokda "Syena"ya yenilgi rəhbərliyin "səbr kasası"nı daşırıb. Nəticədə Di Kanio köməkçi məşqçiləri ilə birgə "Kataniya"nı tərk edib.

Xəbər xətti