Yığma komandamız ilk oyununda ilk xalını qazandı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Manisa şəhərində təşkil olunmuş “2014 Mercedes-Benz Egey Kuboku” turnirində bu gün ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, Yunanıstan komandasına qarşı keçirilmiş oyun 0:0 hesabı ilə yekunlaşıb.
Amin Seydiyev 18-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün yığmamız oyunu azlıqda başa vurmalı olub.
Futbolçularımızın mübarizə apardığı A qrupunun dugər matçında da qalib müəyyənləşməyib - Türkiyə və Ukrayna komandalarının qarşılaşması 1:1 hesabı ilə başa çatıb.
Yığmamız turnirdə növbəti oyununu sabah - yanvarın 21-də, Bakı vaxtı ilə 16:30-da Türkiyə komandasına qarşı keçirəcək.
saytlarin hazirlanmasi