Kapello daha 4 il Rusiyada FOTO

18:55 - 24 Yanvar 2014

Təcrübəli mütəxəssis müqaviləsini uzadıb
 
Rusiya yığmasının baş məşqçisi Fabio Kapello Rusiya Futbol İttifaqı (RFİ) ilə müqavilənin müddətini 2018-ci ilə qədər uzadıb.
 
Sportal.az xəbər verir ki, Kapello Rusiya yığmasına 2012-ci ilin iyulundan rəhbərlik edir. O, bu postda holland Dik Advokatı əvəz edərək iki illik müqavilə imzalayıb.
 
2013-cü ilin iyununda 67 yaşı tamam olan Kapellonun rəhbərliyi altında Rusiya yığması 2002-ci ildən dünya çempionatına yol açıb, portuqaliyalıları qabaqlayaraq ilk dəfə öz seçmə qrupunda birinci yeri tutub.

Xəbər xətti