Jose Alesio: "İlk 10 dəqiqədə əsəbi idik"
“İlk 10 dəqiqədə əsəbi idik. Oyunumuzu tapa bilmirdik. İkinci hissədə özümüzə gəldik. Sloveniya yığması çox yaxşı komandadır. Bir neçə oyunlarına baxmışdıq."
Sportal.az xəbər verir ki, bu sözləri futzal üzrə milli komandamlızın baş məşqçisi Jose Alesio Da Silva deyib. Alesio İtaliya millisini məğlub edəcəklərini də fikirlərinə əlavə etdi:
"Bu gün biz daha çox səhvlər buraxdıq və rəqib bundan yararlandı. İtaliya yığması ilə oyun bizim üçün çətin olacaq. Sloveniyalılar ikinci hissədə eyni heyətlə oynadıqları üçün çox yorulmuşdular. Bu baxımdan biz də İtaliya millisi ilə matçda yorğun olacağıq. Buna baxmayaraq, qələbə qazanmağa çalışacağıq. Məqsədimiz, ən azı, yarımfinala çıxmaqdır”.
saytlarin hazirlanmasi