"Avropa çempionatını belə tez tərk etməməli idik"
Futzal üzrə Avropa çempionatında keçirilmiş Azərbaycan – İtaliya oyunundan (0:7) sonra millimizin baş məşqçisi Joze Alesio Da Silva qarşılaşma haqda fikirlərini bildirib:
Sportal.az xəbər verir ki, braziliyalı mütəxəssis məğlubiyyətin səbəblərindən danışıb, Avropa çempionatını tərk etdikləri üçün təəssüfləndiyini qeyd edib:
“Çox məyusuq. Komandamızın növbəti mərhələyə çıxmaq potensialı var idi. Məğlubiyyətdə bütün komanda günahkardır. İlk növbədə də mən. Belə vəziyyətdə məğlub olmaq çox üzücüdür. İlk hissədə buraxdığımız 3 səhvdən sonra qapımızda eyni sayda qol gördük. Daha sonra risk etməyə başladıq və səhvlər çoxalmağa başladı. Avropa çempionatını belə tez tərk etməməli idik”
saytlarin hazirlanmasi